Xəzər Xəbər

Kimya Qoşunları payız-qış mövsümünə keçdi

Gündəm | 13:16 • 6 Oktyabr 2018
Kimya Qoşunları payız-qış mövsümünə keçdi
Kimya Qoşunlarının hərbi hissəsində silah və texnikanın payız-qış mövsümi istismarı şəraitinə keçidi təşkil olunub.

Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, müxtəlif təlim nöqtələrində keçirilən məşğələnin əsas məqsədi xüsusi texnikalara mövsümi qulluq göstərilməsi zamanı hərbi qulluqçular tərəfindən görüləcək işlərin həcmini və ardıcıllığını praktiki şəkildə nümayiş etdirmək, eləcə də bu sahədə şəxsi heyətin bilik və bacarıqlarını artırmaq olub.

Hərbi hissənin sıra meydanı və parkında keçirilən məşğələdə texniki heyət məşğələ rəhbəri tərəfindən qarşıya qoyulan tapşırıqları yerinə yetirib.

Xəbər lenti

Çox oxunanlar