Xəzər Xəbər

Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır

Gündəm | 15:48 • 19 Sentyabr 2018
Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır

Səudiyyə Ərəbistanının Məşvərət Şurasının sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyx Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da Bakıda səfərə gəlib.


Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyxi Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti