Ermənistanın Müdafiə Nazirliyi vəzifəli şəxslərin orduda xidmətdən azad olunan övladlarının işi üzrə araşdırmaya başlayıb.Bu barədə müdafiə nazirinin məsləhətçisi Qeqam Arutyunyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əvvəllər hansı əsas və səbəblərlə orduda xidmətdən
möhlət verilməsi, hərbi xidmətin təxirə salınması, yaxud
uzaqlaşdırılmalar araşdırılacaq. Və bu zaman hərbi xidməti təxirə
salınanların vəzifəli şəxslərin oğulları olub-olmaması heç bir fərq
etməyəcək və onlar da araşdırmaya daxil ediləcək.
Arutyunyan
bildirib ki, bu yayın başlanğıcında elan edilən hərbi çağırışdan bəri
nazirliyə 80 ərizə daxil olub və onların 70-də vətəndaşların
səhhətlərindəki problemlərə görə orduda xidmət edə bilməyəcəkləri
deyilir.
Bununla belə, Arutyunyan nazirlik tərəfindən başladılan
irimiqyaslı ciddi araşdırmaların hansı nəticələrə gətirib çıxaracağı
barədə danışmağa çətinlik çəkib.
Qeyd edək ki, Ermənistanda sadə
vətəndaşlar ölkənin vəzifəli şəxslərinin müxtəlif bəhanələrlə
övladlarını orduda xidmətdən yayındırmalarından dəfələrlə şikayət
ediblər. Onların fikrincə, əvvəlki hökumətin dövründə kasıbların
uşaqlarını ön cəhhəyə göndərir, zəngin məmurların oğullarını isə hərbi
xidmətdən azad edirdilər. İndi isə Paşinyan hökuməti əhalinin tələbilə
orduda xidmətin hansı əsaslarla təxirə salınması məsələsini araşdırmağa
çalışır.