Xəzər Xəbər

Azərenerji: "Elektrik enerjisinin verilişi bərpa edildi"

Gündəm | 16:11 • 3 İyul 2018
Azərenerji:

"Bakı üzrə 100 faiz, regionlar üzrə 90 faizdən çox əraziyə elektrik enerjisinin verilməsi bərpa edilib".

Bu sözləri Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

O bildirib ki, qarşıdakı 1 saat ərzində elektrik enerjisinin olmadığı regionlarda da bərpa işləri tamamlanacaq: "Artıq yaranan problem demək olar ki, aradan qaldırılıb. Yaxın 1 saat ərzində bölgələrə elektrik enerjisinin verilməsi də 100 faiz bərpa ediləcək. Hadisənin baş verdiyi yarımstansiyalarda mütəxəssislər tərəfindən işlər davam etdirilir. Bir neçə saat ərzində "Azərbaycan" İES-də 2 blok tam şəkildə işə düşəcək. Hazırda gücü 150 meqavat olan 1 blok işə salınıb. İkinci blokun isə işə salınması üçün son sınaq sazlama işləri aparılır".

Xəbər lenti