UEFA prezidenti Aleksander Çeferin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
XəzərXəbər-in məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Azərbaycanda futbolun inkişafı ilə bağlı 2016-cı ildə Bakıda keçirdiyimiz görüşü məmnunluq hissi ilə xatırlayıram.
İcazə
verin, ötən müddətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına
(AFFA) və valehedici ölkənizin milyonlarla futbol azarkeşinə verdiyiniz
dəstək üçün Sizə bir daha təşəkkürümü bildirim. Prezidentliyinizin yeni dönəmində Bakıda dünya miqyaslı iki futbol tədbiri keçiriləcək - UEFA Avropa
Liqası 2019-un final oyunu və Avro-2020-nin oyunları. Əminəm ki, Sizin
dəstəyiniz və AFFA-nın diqqətəlayiq səyləri sayəsində hər iki vacib
yarış birmənalı şəkildə uğurla keçiriləcək. Ali dövləti fəaliyyətinizdə
Sizə yeni-yeni uğurlar arzulayıram”.