Azərbaycanda aprelin 11-də keçiləcək prezident seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
XəzərXəbər xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.
Onun sözlərinə görə, seçki günü təcili yardımın bütün işçiləri iş başında olacaq, hər bir çağırışa çevik cavab veriləcək.