Sabahdan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin İctimai Televiziyada çıxışları başlayacaq.
XəzərXəbər-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, çıxışlar televiziya ilə yanaşı radio vasitəsilə də
yayımlanacaq. Bu, məlumatların daha çox insanın diqqətinə çatmasına
şərait yaradacaq. Həmçinin, MSK üzvlərinin "Azərbaycan” qəzetində
məqalələri çıxacaq.
Komissiya sədri sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanmasının vacibliyini vurğulayıb.
"Sosial
şəbəkələrlə bağlı təklif hazırlamalıyıq. Bunu tez hazırlamalıyıq ki,
sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı
pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar
cəzalandırılsın. Seçki siyasi maraqları olan tərəflərin mübarizəsidir".