Xəzər Xəbər

"Münaqişələr regionda sabitliyə ciddi təhdiddir" Məmmədyarov

Gündəm | 12:38 • 30 Noyabr 2017
"Münaqişələr regionda sabitliyə ciddi təhdiddir"

"Nazirlərlə görüşdə intensiv əməkdaşlıq məsələlər müzakirə olunub. Bakı bəyannaməsi üçtərəfli əməkdaşlığımız üçün strateji yol xəritəsi olacaq"

XəzərXəbər xəbər verir ki, bunu Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Biz müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik. Əsasən iqtisadi və ticarət dövriyyəsinin artılması baxımından əməkdaşlığımıza xüsusi önəm verdik. Biz regionda olan münaqişələri müzakirə etdik. Çünki münaqişələr regionda sülh və sabitliyə ciddi təhdiddir. Biz eyni zamanda müdafiə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik və bu istiqamətdə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik" - XİN rəhbəri deyib.

Xəbər lenti

Çox oxunanlar