"Fəaliyyəti dayandırılan "Təfəkkür”
Universitetinin tələbələri ölkənin istər dövlət və istərsə də özəl ali
təhsil müəssisələrinə köçürülə bilərlər. Həmçinin, tələbələr eyni
ixtisas qrupu çərçivəsində də yerdəyişmə edə bilərlər”.
Bu barədə
XəzərXəbər-ə Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, digər ali təhsil müəssisələr kimi, "Təfəkkür”
Universitetində təhsil alan tələbələrin də başqa universitetlərə
köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə fərdi qaydada həyata
keçirilir.
""Təfəkkür” Universitetinin tələbələri qeydiyyat zamanı yaranan
suallarla bağlı Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və
Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon: 146) müraciət
edə bilərlər.
Universitetin tələbələrinə ixtisasları, habelə qəbul imtahanlarında
topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində
maneəsiz köçürülməsi üçün lazımi şərait yaradılıb.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini
seçir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə,
köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət
çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi
prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə
xidmət edir”.
Qeyd edək ki, tələbələrin köçürülməsi prosesi avqustun 15-dək davam edəcək.