İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumata görə, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq
Havanın temperaturunun gecə 16-18° isti, gündüz 25-30° isti olacağı
gözlənilir. Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı
gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan
754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 %
təşkil edəcək.
Azərbaycanın
rayonlarına gəlincə, iyunun 19-da hava əsasən yağmursuz, səhər bəzi
yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi
gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti,
gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti
olacağı gözlənilir.