Xəzər Xəbər

İsmayıllıda xalq ayağa qalxdı

Gündəm | 09:27 • 24 Yanvar 2013
İsmayıllıda xalq ayağa qalxdı

Yanvarın 23-ü axşam saatlarında İsmayıllıda əhali etiraza başlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə artıq ciddi xəbərlər yayılmaqdadır.

 Məlumata görə, qəzəblənmiş rayon sakinlərinin "Çıraq" adlı motelə hücum edərək, əvvəlcə binanın şüşələrini, qapı-pəncərələrini sındırdıqları deylir. Binanı yandırmağa cəhd göstərsələr də, polislər buna imkan verməyib. Lakin az sonra etirazçılar motelin qarşısındakı "Hummer" markalı maşına od vurublar. Ardınca Shevrole Aveo və Shevrole Niva daha iki avtomobil, yandırılıb. Bununla da sakitləşməyən etirazçılar yenidən motelə hücum edərək, bu dəfə binaya od vurublar.

 İnsanların belə qəzəblənməsi adıçəkilən obyektin İsmayıllıda əxlaqsızlıq yuvası kimi tanınmasıyla bağlıdır. Əhali "Çıraq"da baş verən əxlaqsızlıqlara son qoyulması üçün dəfələrlə xəbərdarlıq etsə də, onların etirazlarına əhəmiyyət verilməyib.

 Qeyd edək ki, İsmayıllı rayonunun icra başçısının rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovdu. Nazirin oğlu Vüqar Ələkbərovun rayona gələrək İsmayıllı sakinlərinin haqqında xoşagəlməz fikirlər işlətməsi isə adamların qulağına çatanda əhalinin "səbr kasası" daşıb və onlar "Çıraq"a hücum ediblər. Rayonda gəzən söz-söhətə görə, icra başçıcı artıq rayonu tərk edib. Etiraza qalxan insanlar isə icra hakimiyyətinə yürüşə hazırlaşır. azadlıq.info

 Artıq hadisənin fotoları da sosial şəbəkələrdə yayılmağa başlayıb. Hələlik baş verənlərlə bağlı heç bir rəsmi açıqlama verilmir.

 ***
 İsmayıllı şəhərindəki “Çıraq” otelinin qarşısında 1000-ə yaxın insanın iştirakı ilə etiraz aksiyası keçirilir.

 Məlumata görə, aksiya yanvarın 23-də gecə saat 22:30 radələrində başlayıb və hal-hazırda davam edir. Etirazçılar otelin sahibinin və onun övladlarının İsmayıllı əhalisinə qarşı təhqiramiz ifadələr işlətməsini əsas tutaraq aksiya keçirirlər. Onlar polisin müqavimətinə baxmayaraq otelə daxil olublar. Otaqları dağıdan etirazçılar oteli yandırıblar. Hazırda iki mərtəbəli oteldə güclü yanğın davam edir. Vətəndaşlar obyektin sahibinə məxsus “Hummer” və iki ədəd “Chevrolet” markalı minik maşınları da yandırıblar. Əraziyə İsmayıllı və ətraf rayonlardan polis əməkdaşları cəlb edilib., >
 FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, əraziyə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilsə də, etirazçılar onları otelə yaxın buraxmırlar və yanğının söndürülməsi hələ ki, mümkün deyil.

 ***
 Müsavat başqanının müavini Tofiq Yaqublunun verdiyi məlumata görə üsyançılar icra başçısının evinə giriblər. Həyətdə iki motoskileti yandırıblar. İndi də qarajı oda verdilər. İnsanlar çoxdur, polis müdaxilə edə bilmir

 Yandırılan motelin ilkin görüntüsünü təqdim edirik:



 Müxbirimiz hadisəni müşayiət etmək imkanı olan ismayıllılardan daha biri ilə danışıb. O, deyib ki, Kəpənəkdə yerləşən və nazir F. Ələkbərova aid olan “Çıraq” oteli tamamilə yandırıldı: “Nazirin oğlunu döyüb, xəstəxanalıq edib camaat. Hazırda 5000 nəfərə yaxın əhali, əksəriyyəti də gənclər olmaqla, icra başçısının yaxınlıqdakı evinə girdilər. Ehtimalən, oranı da yandıracaqlar”.

 Adının açıqlanmasını istəməyən sakin dedi ki, polis hələlik aktiv müdaxilə etmir və onların sayı üsyana qalxan əhalinin sayından dəfələrlə azdır.

 ***


 Yerli sakinlər bildirir ki, hazırda İsmayıllı rayonunun polis rəisi Nizami Qocayev icra başçısının camaat tərəfindən tutulan evinin həyətindədir. O, insanları dilə tutmağa çalışır ki, evi yandırmasınlar. musavat.com



 ANS PRESS-in məlumatına görə, hazırda əhali icra başçısı Nizami Ələkbərovun evinin qarşısında toplaşıb. Aksiya iştirakçıları onun istefasını tələb edirlər. Toplaşanlar “İstefa!” şüarını səsləndirirlər.

Xəbər lenti