Xəzər Xəbər

Türkiyə Prezidenti: Mersində baş verən qəza ilə bağlı aidiyyəti orqanlar dərhal lazımi araşdırmalara başlayıblar

Dünya | 00:20 • 27 May 2024
Türkiyə Prezidenti: Mersində baş verən qəza ilə bağlı aidiyyəti orqanlar dərhal lazımi araşdırmalara başlayıblar

Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) magistralının Mersin vilayətindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 39-a yüksəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazir sosial media hesabında verdiyi açıqlamada qəzanın Diyarbəkirdən İstanbul istiqamətində hərəkət edən sərnişin avtobusunun qarşıdan gələn iki avtomobil və bir qoşqulu yük maşını ilə toqquşması nəticəsində baş verdiyini bildirib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı Tarsus Respublika Prokurorluğunda başladılan tədqiqata üç prokurorun təyin edildiyini bildirib.

Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə rəsmiləri hadisə zamanı həyatını itirənlərin ailələrinə başsağlığı veriblər. Ölkə başçısı aidiyyəti orqanların qəza ilə bağlı dərhal lazımi araşdırmalara başladıqlarını qeyd edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024