Xəzər Xəbər

Yepiskop Baqrat Qalstanyan Paşinyanı əvəz etmək istəyir

Dünya | 18:32 • 26 May 2024
Yepiskop Baqrat Qalstanyan Paşinyanı əvəz etmək istəyir

Ermənistanda müxalif “Tavuş Vətənin Uğrunda” Hərəkat Tavuş yeparxiyasının baş yepiskopu Baqrat Qalstanyanın baş nazir postuna namizədliyini irəli sürüb.

Xezerxeber.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu bu gün İrəvanın Respublika meydanında keçirilən mitinqdə “Tavuş Vətənin Uğrunda” Hərəkatın liderlərindən olan Qurgen Melikyan bəyan edib.

Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu II Qaregin ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.

Baqrat Qalstanyan mitinqdən sonra Baş nazir Nikol Paşinyanla görüşməyi planlaşdırdığını söyləyib.

Rubrikanın digər xəbərləri

Həcc ziyarəti zamanı 577 zəvvar
Həcc ziyarəti zamanı 577 zəvvar HƏYATINI İTİRDİ
08:56 • 19 İyun 2024
İranda zəlzələ olub
İranda zəlzələ olub ÖLƏNLƏR VAR
17:29 • 18 İyun 2024
İsrail generalından Rəfahda hərbi əməliyyatlar
İsrail generalından Rəfahda hərbi əməliyyatlar BARƏDƏ
17:58 • 17 İyun 2024
Həcc ziyarəti zamanı onlarla
Həcc ziyarəti zamanı onlarla insan öldü
19:51 • 16 İyun 2024
Ermənistanda etirazçıların kütləvi həbsinə
Ermənistanda etirazçıların kütləvi həbsinə BAŞLANILDI
12:03 • 15 İyun 2024

Xəbər lenti