Xəzər Xəbər

Norveç rusiyalı turistlərə viza verməyəcək

Dünya | 13:52 • 23 May 2024
Norveç rusiyalı turistlərə viza verməyəcək

Norveç Ukraynada davam edən müharibə səbəbindən rus turistlərin ölkəyə girişini daha da məhdudlaşdırmaq qərarına gəlib. Rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyulacaq.

Xezerxeber.az “euractiv” saytına istinadla xəbər verir ki, qərara əsasən, turizm və digər "birinci dərəcəli əhəmiyyət daşımayan" məqsədlərlə Norveçə səfər etmək istəyən Rusiya vətəndaşlarına viza verilməyəcək. Lakin qohumlarını ziyarət etmək, işləmək və ya təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyənlər üçün istisnalar edilə bilər.

Yeni qaydalar mayın 29-dan qüvvəyə minəcək. Qərar digər şengen ölkələrindən viza alan şəxslərə də şamil olunacaq.

Xatırladaq ki, Norveç 2022-ci ilin sentyabrında Rusiya ilə sadələşdirilmiş viza rejimi barədə müqavilənin fəaliyyətini dayandırıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024