Xəzər Xəbər

Numan Kurtulmuş: "Türk dünyası qlobal gücə çevrilməyə hazırdır"

Dünya | 13:38 • 23 May 2024
Numan Kurtulmuş: "Türk dünyası qlobal gücə çevrilməyə hazırdır"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Türk dünyasının qlobal gücə çevrilməyə hazır olduğunu bildirib.

Xezerxeber.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Numan Kurtulmuş Daşkənddə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Türk dünyasının insan resursları, təbii sərvətləri, dərin tarixi və mədəni bağları sayəsində yeni güc mərkəzi olmaq potensialına malik olduğunu deyən Kurtulmuş bildirib ki, bu prosesin sürətləndirilməsi üçün birgə səylərin göstərilməsi vacibdir.

“Türk dünyasının birliyi, həmrəyliyi və inkişafı qlobal sülhə töhfə verir. Bu, heç vaxt qlobal sülhə və ya başqalarına zərər verəcək bir inkişaf deyil. Orta Asiyadan Türkiyəyə və “Firuzəyi qövs” adlandırılan Balkan ölkələrinə qədər uzanan bu nəhəng bölgədə, 300 milyon insanın yaşadığı bu ərazidə güclü bir varlığın olması dünyada yeni bir tarazlığın yaranmasına töhfə verəcək, qlobal sülhü və rifahı təmin edəcək”, - deyə o bildirib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024