Xəzər Xəbər

Rusiyada daşqınlar nəticəsində 15 mindən çox ev su altında qalıb

Dünya | 14:39 • 15 Aprel 2024
Rusiyada daşqınlar nəticəsində 15 mindən çox ev su altında qalıb

Rusiyada daşqınlar nəticəsində 33 regionun 193 yaşayış məntəqəsində 15 min 641 evi, 27 min 993 həyətyanı sahəni su basıb.

Xezerxeber.az xəbər verir ki, Orenburq, Samara, Kurqan, Omsk vilayətlərində son bir gündə 3 min 109 ev, 4 mindən çox həyətyanı sahə su altında qalıb.

Daşqına məruz qalmış ərazilərdən 1708 nəfər təxliyə edilib, 297 nəfər sığınacaqlara yerləşdirilib.

Vəziyyətin daha ağır olduğu Orenburq vilayətində fövqəladə vəziyyət elan olunub. Hakimiyyət daşqınlardan dəyən ziyanın 21 milyard rubl məbləğində olduğunu bildirib.

Xəbər lenti