Xəzər Xəbər

Devid Kemeron raket hücumunu İran üçün ikiqat məğlubiyyət adlandırıb

Dünya | 14:31 • 15 Aprel 2024
Devid Kemeron raket hücumunu İran üçün ikiqat məğlubiyyət adlandırıb

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İranın İsrailə raket hücumunu İran üçün ikiqat məğlubiyyət adlandırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniya XİN rəhbəri BBC-yə açıqlamasında deyib.

O qeyd edib ki, İranın hücumu "ikiqat məğlubiyyət" idi, çünki bu hücumlar həm İsrailə dəyən zərər baxımından uğursuz olub, həm də İranın bölgədə bədxassəli təsir olduğunu göstərib.

Devid Kemerona, həmçinin İrana qarşı daha çox sanksiyalar tətbiq edilib-edilməyəcəyi ilə bağlı da sual verilib. O da qeyd edib ki, Britaniya hökuməti artıq İrana qarşı 400 sanksiya tətbiq edib. Britaniya XİN rəhbəri bildirib ki, hökumət daha hansı addımları ata biləcəyinə baxmağa davam edəcək.

Xəbər lenti