Türkiyə Milli Müdafiə Nazirliyi İraq ərazisində keçirilən əməliyyat nəticəsində daha 4 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Xezerxeber.az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalindaki Metina bölgəsində yerləri müəyyən edilən terrorçulara hava zərbəsi endirib.
Nazirlik regionda terrorizmlə mübarizənin effektiv şəkildə və qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.