Ukraynanın müdafiə sənayesinin imkanları 2023-cü ildə bir il öncəyə nisbətən altı dəfə çox olub.
Bunu "Ukrayna. 2024-cü il" forumunda strateji sənaye naziri Aleksandr Kamışın söyləyib.
"Keçən il müdafiə sənayemiz 3 dəfə çox məhsul istehsal edib. 2023-cü il üçün imkanlarımız altı dəfə çox olub. Bu imkanların təxminən yarısı üzrə 2024-cü ilə qədər müqavilə bağlanılıb. Biz Müdafiə Nazirliyi ilə birlikdə işləyirik. Müqavilələri daha da gücləndirmək lazımdır”, - deyə nazir bildirib.
O qeyd edib ki, Ukrayna müdafiə sənayesi 500 müəssisədən ibarətdir. Bunların 400-ə yaxını özəl və 100-ü dövlətə məxsusdur. (AZƏRTAC)