Xəzər Xəbər

Lerikdə minik avtomobili çaya aşıb, ölən və yaralananlar var

Dünya | 15:01 • 25 Fevral 2024
Lerikdə minik avtomobili çaya aşıb, ölən və yaralananlar var

Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin - İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb.

Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar