Xəzər Xəbər

Ərdoğan: BMT Təhlükəsizlik Şurasına ümidimizi itirmişik

Dünya | 18:15 • 9 Dekabr 2023
Ərdoğan: BMT Təhlükəsizlik Şurasına ümidimizi itirmişik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacib olduğunu deyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə dövlətinin başçısı İstanbulda Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib. 

"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəs tələbi yalnız ABŞ-nin vetosu ilə rədd edilir. Bu ədalətdirmi? Biz BMT Təhlükəsizlik Şurasından ümidimizi və gözləntimizi itirmişik. Missiyası qlobal sülhü bərqərar etmək olan BMT Təhlükəsizlik Şurası oktyabrın 7-dən bəri İsrailin himayədarına çevrilib. BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır", - deyə Ərdoğan əlavə edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024