Xəzər Xəbər

İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Dünya | 15:50 • 28 Noyabr 2023
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub

İran Prezidenti İbrahim Rəisi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə İran Prezidentinin saytında məlumat verilib.

Telefon danışığı zamanı Rəisi İran və Türkiyə arasında birgə əməkdaşlığın müsəlman ölkələri arasında qarşılıqlı fəaliyyət modeli ola biləcəyini bildirib.

Rəisi əlavə edib ki, Qəzza xalqı HƏMAS vasitəsilə Qəzzanın gələcəyi üçün qərar verməlidir. ABŞ-nin müdaxilə etməyə və qərarlar verməyə haqqı yoxdur. ABŞ-nin müdaxiləsi uğursuzluğa məhkumdur.

Ərdoğan Tehran və Ankara arasındakı yaxşı və konstruktiv münasibətlərə toxunaraq bu münasibətləri imtiyazlı və müstəsna səviyyəyə qaldırmaq səylərini vurğulayıb.

O, həmçinin, ölkəsinin iki ölkə arasında Ali Əməkdaşlıq Şurasının iclasını keçirməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024