Xəzər Xəbər

Ukraynada kəskin hava şəraiti 10 nəfərin həyatına son qoyub

Dünya | 14:39 • 28 Noyabr 2023
Ukraynada kəskin hava şəraiti 10 nəfərin həyatına son qoyub

Əlverişsiz hava şəraiti nəticəsində Ukraynanın Odessa, Xarkov, Nikolayev vilayətlərində və Kiyevdə 10 nəfər həlak olub, ikisi uşaq olmaqla 23 nəfər xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko özünün media hesabında yazıb. Onun sözlərinə görə, şiddətli qar və çovğun nəticəsində Kirovoqrad və Nikolayevdə səkkiz avtomobil yolu hərəkət üçün bağlanıb, ölkənin 11 regionunda yerləşən 411 yaşayış məntəqəsi hələ də işıqsız qalıb.

Qeyd edək ki, noyabrın 27-də Odessa vilayətinin baş polis idarəsi fırtına nəticəsində regionda üç nəfərin həlak olduğunu və ölkənin 16 vilayətində iki mindən çox yaşayış məntəqəsinin enerji təchizatının kəsildiyini bildirmişdi.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024