Xəzər Xəbər

Ukrayna İrana qarşı 50 illik sanksiyaları təsdiqlədi

Dünya | 18:29 • 29 May 2023
Ukrayna İrana qarşı 50 illik sanksiyaları təsdiqlədi

Ukrayna Ali Radası İrana qarşı sanksiyaları təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ali Radanın "Facebook" hesabında məlumat verilib. 

9333 saylı müvafiq qərarın qəbul edilməsinə 328 deputat səs verib.

Sanksiyalar 50 il müddətinə qüvvədə olacaq.

Sanksiyalar İran vətəndaşları ilə hərbi və ikili təyinatlı mallarla ticarət əməliyyatlarına və bu cür malların satışı, saxlanması və istehsalı ilə bağlı xidmətlərə tam qadağanın tətbiqini; qeyd olunan əməliyyatlarla bağlı İran vətəndaşları tərəfindən Ukrayna ərazisindən resursların tranzitini, uçuşları və daşımalarını dayandırmağı; İran vətəndaşlarının xeyrinə iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsini dayandırmağı, bundan əlavə, İran vətəndaşlarına texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsinin qadağan edilməsini, İrana hər hansı sərmayənin qoyulmasına qadağanı ehtiva edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti