Xəzər Xəbər

Kreml Rusiya-Türkiyə müştərək layihələrinin davamlı olacağına ümid bəsləyir

Dünya | 16:19 • 29 May 2023
Kreml Rusiya-Türkiyə müştərək layihələrinin davamlı olacağına ümid bəsləyir

Kreml Rusiya-Türkiyə müştərək layihələrinin həyata keçirilməsi dinamikasının seçkilərdən sonra da qorunub saxlanacağına ümid bəsləyir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığının yaxın vaxtlarda baş tutacağı barədə suala cavabında D.Peskov qeyd edib ki, V.Putinin qrafikində belə bir danışıq hələlik nəzərdə tutulmayıb. Lakin adətən Türkiyə Prezidenti ilə danışıq maksimal dərəcədə operativ razılaşdırılır və dövlət başçılarının telefonla danışacağı ehtimalı böyükdür.

Xəbər lenti