Xəzər Xəbər

Türkiyə daxilində açılmayan 27 seçki qutusu qalıb

Dünya | 12:02 • 15 May 2023
Türkiyə daxilində açılmayan 27 seçki qutusu qalıb

Hazırda Türkiyə daxilində 27 sandıq açılmayıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, Türkiyə xaricindən gələn səsvermələrdə isə 1529 sandıq açılmayıb.

Xatırladaq ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Son məlumatlara görə, əsas namizədlər Rəcəb Tayyib Ərdoğan 49,41 faiz, Kemal Kılıçdaroğlu 44.96 faiz səs toplayıb.

 

Xəbər lenti