Xəzər Xəbər

Ermənilər Göyçədə hərbi hissəni sataraq istirahət zonasına çevirib

Satışın dəyəri 405 000 dollardır
Dünya | 12:28 • 15 Mart 2023
Ermənilər Göyçədə hərbi hissəni sataraq istirahət zonasına çevirib

Ermənilər Göyçə mahalında yerləşən hərbi hissələrdən birini sataraq istirahət zonasına çevirib. 

Xezerxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, artıq faktla bağlı Ermənistan Baş Prokurorluğu cinayət işi qaldırıb.

Bildirilir ki, ümumi sahəsi 20 min kvadratmetrdən çox olan dövlətə məxsus daşınmaz əmlak 2012-ci ildə adı açıqlanmayan Rusiya vətəndaşının xeyrinə özəlləşdirilib. Satışın dəyəri 405 000 dollardır.

Məlumata görə, alqı-satqını qanuniləşdirmək üçün Ermənistan Müdafiə Nazirliyinin sabiq aparat rəhbəri, Berdkunk əyalətinin qubernatoru və digər məmurların iştirakı ilə sənəd üzərində daşınmaz əmlakın statusuna dəyişikliklər edilib.

 

Xəbər lenti