Xəzər Xəbər

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 13-ə çatdı YENİLƏNİB-2

Yağışların davam edəcəyi pronozlaşdırılır
Dünya | 18:10 • 15 Mart 2023
Türkiyədə sel fəlakətindən ölənlərin sayı  13-ə çatdı

Türkiyədə zəlzələ bölgəsində sel nəticəsində həlak olanların sayı 13-ə çatıb.

16:20

Türkiyənin zəlzələdən zərər çəkmiş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb.

Xezerxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sel fəlakətindən ölənlərin sayı artıq 10-a çatıb.

Hidrometeoroloqlar zəlzələ bölgəsində yağışların bu axşam da davam edəcəyini pronozlaşdırır. 

12:58

Türkiyənin cənub-şərqi Anadolu və şərqi Anadolu bölgələrində hava şəraiti ilə əlaqədar ötən gündən "narıncı" xəbərdarlıq elan edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Artıq bölgə sakinlərinə bildirişlər göndərilib.

Yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi, Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir.

"AFAD" yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.

Xəbər lenti