Xəzər Xəbər

Ərdoğan: Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyəcək

Dünya | 15:41 • 1 Fevral 2023
Ərdoğan: Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyəcək

Türkiyə İsveçin Şimali Atlantika Alyansına üzvlüyü barədə müraciətini təsdiqləməyəcək.

Xezerxeber.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyası fraksiyasının parlamentdəki iclasında çıxışı zamanı İsveçin NATO-ya üzvlüyünün təsdiq olunmayacağını, Finlandiyanın üzvlüyü ilə bağlı isə müsbət qərar verilə biləcəyini deyib.

“İsveç vaxtını boşuna sərf etməməlidir. Müqəddəs kitabımız – Quranın yandırılmasına və cırılmasına imkan verildiyi müddətdə sizin NATO-ya daxil olmanıza “hə” deyə bilmərik. Eyni zamanda, Finlandiyanın üzvlüyünə münasibətimiz müsbətdir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Xəbər lenti