Xəzər Xəbər

Ukraynada keçmiş nazir müavini 27 milyon dollar mənimsəmədə ittiham olunur

Dünya | 14:59 • 1 Fevral 2023
Ukraynada keçmiş nazir müavini 27 milyon dollar mənimsəmədə ittiham olunur

Ukraynada müdafiə nazirinin sabiq müavini Vyaçeslav Şapovalov və daha 2 məmura müdafiə sahəsində korrupsiya faktına görə cinayət işi açılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.

Ukraynada müdafiə nazirinin sabiq müavini ilə yanaşı, Nazirliyin dövlət satınalmaları departamentinin direktoru Boqdan Hmelnitski və “Promoboroneksport” dövlət müəssisəsi sədrinin keçmiş müavini Vladimir Tereşenkoya ittiham irəli sürülüb.

Onlar Ukrayna ordusunun fərqi müdafiə vasitələri, o cümlədən zirehli jiletlərlə təminat olunması zamanı yeyintilərə yol verməkdə ittiham olunurlar.

Müdafiə Nazirliyinin rəsmiləri ümumilikdə 27,27 milyon dollar yeyintidə ittiham olunur.

Xəbər lenti