Xəzər Xəbər

Almaniya Ukraynaya “Leopard-2” tankları verəcək - Hökumət qərar verdi

Dünya | 16:39 • 25 Yanvar 2023
Almaniya Ukraynaya “Leopard-2” tankları verəcək - Hökumət qərar verdi

Almaniyanın federal hökuməti Ukrayna Silahlı Qüvvələrini “Leopard-2” əsas döyüş tankları ilə təmin etmək qərarına gəlib.

Xezerxeber.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytı məlumat yayıb.

Kansler Olaf Şolts çərşənbə günü hökumətin iclasında Almaniyanın Ukraynaya hərbi dəstəyi artıracağını bildirib.

"Bu qərar bizim bildiyimiz Ukraynanı bacardığımız qədər dəstəkləmək xəttimizə uyğundur. Biz sıx əlaqələndirilmiş beynəlxalq səylər çərçivəsində hərəkət edirik", - deyə Kansler vurğulayıb.

Qərar Almaniyanın ən yaxın Avropa və beynəlxalq tərəfdaşları ilə aparılan intensiv məsləhətləşmələrin nəticəsi olaraq verilib.

Məqsəd Ukrayna üçün “Leopard-2” tanklarının iki batalyonunu tez bir zamanda yığmaqdır.

İlk addım olaraq Almaniya Bundesverin anbarlarından 14 “Leopard 2 A6” tankı verəcək. Digər Avropa tərəfdaşları da rəsmi Kiyevə “Leopard 2” tankları hədiyyə edəcəklər.

Ukrayna ekipajlarının hazırlığı yaxın vaxtlarda Almaniyada başlamalıdır.

Bundan əlavə, Almaniya “Leopard 2” tanklarını anbarlarından Ukraynaya sürətlə çatdırmaq istəyən tərəfdaş ölkələrə müvafiq icazələr verəcək.

Xəbər lenti