Xəzər Xəbər

Fransa hərbçilərini Burkina-Fasodan çıxarır

Dünya | 09:11 • 26 Yanvar 2023
Fransa hərbçilərini Burkina-Fasodan çıxarır

Burkina-Faso hökumətinin tələblərini nəzərə alaraq, Fransa bir ay ərzində hərbçilərini bu ölkədən çıxaracaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proses iki ölkə arasında 2018-ci ildə imzalanmış müqavilənin Burkina-Faso tərəfindən ləğv edilməsinə uyğun olaraq həyata keçiriləcək.

Hazırda Burkina-Fasoda 400 Fransa hərbçisi xidmət edir. Onlar fevralın sonunadək ölkədən çıxarılacaq. Həbi texnikanın və avadanlıqların çıxarılması isə aprelin sonlarında başa çatacaq.

Qeyd edək ki, ötən həftə Burkina-Faso hökuməti Fransadan hərbçilərini ölkədən çıxarmağı tələb etmişdi.

Xəbər lenti