Xəzər Xəbər

İranda iğtişaşların iştirakçılarından biri edam edilib

Dünya | 12:30 • 8 Dekabr 2022
İranda iğtişaşların iştirakçılarından biri edam edilib

İranda iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin zabitinə hücum edərək onu yaralayan şəxs edam edilib.

Yerli "Tasnim" agentliyi xəbər yayıb ki, Möhsün Şekari adlı şəxs Tehranda kütləvi iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşını bıçaqla yaralayıb.

Xatırladaq ki, sentyabrın 16-da İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlər ara vermir. Rəsmi versiyaya görə, geyim qaydasını pozduğu üçün polis tərəfindən saxlanılan 22 yaşlı qız dindirilmə zamanı ürək tutmasından vəfat edib. Lakin sosial şəbəkələrdə onun polis tərəfindən döyülməsi nəticəsində öldüyü barədə məlumatlar yayıldıqdan sonra ölkədə kütləvi etirazlar başlayıb.

İğtişaşlar nəticəsində çox sayda insan həlak olduğu bildirilir.

Xəbər lenti