Xəzər Xəbər

Yeddi ölkənin xarici işlər nazirləri Kiyevə səfər ediblər

Dünya | 16:48 • 28 Noyabr 2022
Yeddi ölkənin xarici işlər nazirləri Kiyevə səfər ediblər

Litva, Latviya, Estoniya, Finlandiya, İsveç, Norveç və İslandiyanın xarici işlər nazirləri Kiyevə səfərə gəliblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviter səhifəsində bildirib.

Nazirin sözlərinə görə, nazirlər Kiyevdə Ukrayna rəhbərliyi ilə bir sıra görüşlər keçirəcəklər. Danışıqların mövzusu Ukraynaya veriləcək dəstək olacaq.

Rinkeviçs, həmçinin yazıb: "Bu, Rusiyanın hərbi təcavüzü başlayandan bəri Ukraynaya səfər edən ən böyük nazirlər qrupudur. Əsas məsələ Ukraynaya dəstəyin davam etdirilməsidir".

Xəbər lenti