Xəzər Xəbər

İspaniyada şəhərlərarası avtobuslar pulsuz olacaq

Dünya | 18:10 • 28 Noyabr 2022
İspaniyada şəhərlərarası avtobuslar pulsuz olacaq

İspaniya hökuməti ictimai güzəşt şəbəkəsinin bir hissəsi olan şəhərlərarası avtobusların 2023-cü il yanvarın 1-dən bir il ərzində pulsuz olacağını açıqlayıb.

Bunu İspaniyanın nəqliyyat, mobillik və şəhərsalma üzrə naziri Rakel Sançes deyib.

Bu tədbir ictimai avtobus marşrutlarını idarə edən və qüvvəyə minməzdən əvvəl abunə olan şirkətlərə yönəlib. Bu tədbir bu ilin sentyabrın 1-dən dekabrın 31-dək qüvvədə olub, lakin abunələrin qiymətində 50 faiz endirimlə məhdudlaşır.

Nazirin sözlərinə görə, çox sayda şəxsi nəqliyyat vasitəsinin istifadəsi ilə üzləşdiyimiz üçün diqqətimizi istixana qazı emissiyalarını azaltmağa və ailə əmanətlərinin qorumağa yönəldirik. Pulsuz avtobuslar bütün İspaniyanı əhatə edəcək. (AZƏRTAC)

Xəbər lenti