Xəzər Xəbər

Türkiyə israrlıdır: kritik toplantı üçün yola düşdülər

Dünya | 13:10 • 27 Sentyabr 2022
Türkiyə israrlıdır: kritik toplantı üçün yola düşdülər

Türkiyənin ABŞ-dan F-16 tələbindən sonra proses davam edir. 

“Star” qəzeti xəbər verir ki, Türkiyənin hakim ədalət və İnkişaf Partiyasının (AKP) ABŞ-dakı nümayəndə heyəti F-16 döyüş təyyarələrinin satışı ilə bağlı danışıqları davam etdirmək üçün ABŞ-ın paytaxtı Vaşinqtona gedib.

AK Partiya sədr müavini və AK Partiya Xarici Əlaqələr sədri Efkan Alanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ Konqresində görüşlər keçirəcək.

Alanın başçılıq etdiyi nümayəndə heyəti üç günlük səfər çərçivəsində konqres üzvləri, o cümlədən senatorlarla görüşəcək.

Nümayəndə heyətinə TBMM Xarici Əlaqələr Komitəsinin sədri və AK Partiya İstanbul millət vəkili Akif Çağatay Kılıç, NATO Parlament Assambleyasının Türkiyə Qrupunun sədri və AK Partiya Rize millət vəkili Osman Aşkın Bak, həmçinin hakim partiyanın deputatları Volkan Bozkır və Mehdi Eker daxildir./Ölkə.Az 

Xəbər lenti