Xəzər Xəbər

Bəylə gəlin arasında toy günü yemək üstündə dava düşdü - Həmin gün boşandılar

Dünya | 15:38 • 15 Avqust 2022
Bəylə gəlin arasında toy günü yemək üstündə dava düşdü - Həmin gün boşandılar
Bəy vegeterian yeməklərə icazə vermədikdən sonra gəlin toyu ləğv edib.
 
ABŞ-da yaşayan bir cütlük vegetarian yemək mübahisəsi səbəbindən toylarını ləğv etdiklərini açıqlayıb.

Adı bəlli olmayan qadın açıqlamasında "Toy planlaması zamanı yeməkdən başqa razılaşa bilmədiyimiz çox şey olmadı. Mən və ailəm vegetarianıq və bu həyat tərzini seçməyimizin bir çox səbəbi var. Bunlardan biri də irsi sağlamlıq problemləridir”, - deyə o bildirib.
 
Bununla belə, o, nişanlısı və ailəsinin "ət həvəskarı” olduğunu və ailəsinin tam əksi olduğunu bildirib.
 
Qadın bu toyun ləğv olunmasının ən doğru qərar olduğunu söyləyib.

Xəbər lenti