Xəzər Xəbər

Türkiyənin xüsusi nümayəndəsi İrəvandakı partlayışla bağlı başsağlığı verib

Dünya | 14:41 • 15 Avqust 2022
Türkiyənin xüsusi nümayəndəsi İrəvandakı partlayışla bağlı başsağlığı verib

Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda baş verən partlayışla bağlı başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, diplomat bununla bağlı öz tviter hesabında paylaşım edib. 

“Ölənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram və faciə nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm”, - o yazıb.

Xatırladaq ki, “Surmalu” ticarət mərkəzindəki partlayış zamanı azı 6 nəfər ölüb, 16 nəfər itkin düşüb və 61 nəfər yaralanıb.

Xəbər lenti

Çox oxunanlar