Xəzər Xəbər

Dünya əhalisinin sayı 10 milyarda çatmayacaq? ARAŞDIRMA

Dünya | 16:01 • 13 Avqust 2022
Dünya əhalisinin sayı 10 milyarda çatmayacaq?

Vitgenşteyn adına Avstriya Demoqrafiya və Qlobal İnsan Kapitalı Mərkəzinin ekspertləri proqnozlaşdırıblar ki, Yer kürəsinin əhalisi 10 milyard insan həddini keçə bilməz. 

"The Wall Street Journal" xəbər verir ki, ekspertlərin fikrincə, azalma bu rəqəm 2070-ci illərdə təxminən 9,6 milyarda çatdıqdan sonra başlayacaq. Qeyd edək ki, bir müddət əvvəl BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti 2022-ci il noyabrın 15-də Yer kürəsində insanların sayının 8 milyarda çatacağını bildirərək alternativ bir fikir təqdim etmişdi. Mütəxəssislərin fikrincə, 2080-ci illərdə Yer kürəsində əhalinin pik həddi - 10,4 milyard nəfər gözlənilir. "Göstərici 2100-cü ilə qədər bu səviyyədə qalacaq, sonra isə azalmağa başlayacaq",-nəşr yazıb. Avstriya Demoqrafiya Mərkəzinin direktoru Volfqanq Lutz isə bildirib ki, BMT hər bir ölkə üçün tarixi tendensiyalardan istifadə edərək əhalinin sayını proqnozlaşdırır.

"Onun modellərinə formal olaraq daxil edilməyən mühüm amillər təhsilin səviyyəsi və səhiyyənin keyfiyyətidir”,-deyə o əlavə edib. 

Onun sözlərinə görə, bu amillərin nəzərə alınması Afrika və Asiyada əhalinin artım tempinin BMT-nin proqnozlaşdırdığından aşağı olacağı qənaətinə gəlməyə əsas verir. Lutz Çində əhali artımında daha nəzərəçarpacaq azalma gözlədiyini də söyləyib. O, təklif edib ki, əgər doğum əmsalı bir qadına 1,5 uşaqdan aşağı düşərsə, o zaman bu səviyyədə qalacaq. /Cebhe. info
 

Xəbər lenti

Çox oxunanlar