Xəzər Xəbər

Avropadan nüvə təklifi - İran şərt qoydu

Dünya | 16:48 • 13 Avqust 2022
Avropadan nüvə təklifi - İran şərt qoydu

Rəsmi Tehran hesab edir ki, Avropa İttifaqının nüvə sazişinin bərpası ilə bağlı təklif etdiyi sənədin mətni İranın bir sıra sahələrdə tələblərinin nəzərə alınması şərti ilə məqbul ola bilər.

Bu barədə İRNA agentliyi iranlı diplomata istinadən məlumat yayıb.

Bildirilib ki, MAQATE-nin fəaliyyəti ilə bağlı siyasi aspektlərdə və sanksiyalarla əlaqədar Tehrana zəmanətlər verilərsə, İran Avropa İttifaqının təkliflərini qəbul etməyə hazırdır.

Xəbərdə qeyd olunub ki, hazırda İran təklifləri araşdırma mərhələsindədir.

Xəbər lenti