60-a yaxın Gürcüstan vətəndaşı İsveç və Almaniyada qeyri-qanuni işlədikləri üçün deportasiya ediliblər.
Gürcü mediası xəbər verir ki, onlar sığınacaq üçün müraciət etsələr də, tələb olunan prosedurdan keçə bilməyiblər.
“Frontex” beynəlxalq təşkilatının müşahidəçisi İrma Tsiramuanın sözlərinə görə, bu, Gürcüstan vətəndaşları ilə bağlı il ərzində sayca 30-cu deportasiyadır./Publika.az