Xəzər Xəbər

Ermənistanda peyvənd olunmayanların müalicəsi pullu olacaq

Dünya | 15:22 • 28 Oktyabr 2021
Ermənistanda peyvənd olunmayanların müalicəsi pullu olacaq

Ermənistanda koronavirusdan müalicə dekabrın 1-dən pullu olacaq. Hazırda Ermənistan Səhiyyə Nazirliyi bu təşəbbüs üzərində işləyir.

Bu barədə yerli mətbuata Ermənistan Səhiyyə Nazirliyindən bildirilib.

Nazirliyin məlumatında deyilir ki, ölkədə koronavirusa qarşı peyvənd olunmayan şəxslər dekabrın 1-dən öz hesablarına müalicə olunacaqlar.

Bundan başqa, ölkədə insanların restoran, bar, konsert zalları, kinoteatr və digər əyləncə mərkəzlərinə, seminar və konfranslara daxil olmaları barədə yeni qaydalar tətbiq olunacaq.

Yeni qaydalara əsasən bu cür yerlərə getmək istəyən şəxslər PCR testinin mənfi nəticəsini və ya koronavirusa qarşı peyvəndin sertifikatını təqdim etməlidirlər.

Qeyd edək ki, son sutkada Ermənistanda daha 2307 nəfər koronavirusa yoluxub və bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 302 450-yə çatıb.

Ölkədə koronavirusdan ölənlərin sayı 6189-a çatıb ki, onların da 38-i son sutkada qeydə alınıb.

Hazırda Ermənistanda 30303 nəfər aktiv koronavirus xəstəsi var.

Xəbər lenti