Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə erkən parlament seçkiləri keçirmək üçün istefa etdiyini söyləyib.
Bu barədə o, feysbuk səhifəsindəki canlı yayımda bildirib.
"Bu gün növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçirilməsi üçün istefa edirəm", - deyə Paşinyan qeyd edib.
Eyni zamanda, Paşinyan müvəqqəti hökumət başçısı vəzifəsini yerinə yetirməyə davam edəcək.