Xəzər Xəbər

Rusiyada koronavirusdan ölənlərin sayı 106 mini ötdü

Dünya | 12:49 • 20 Aprel 2021
Rusiyada koronavirusdan ölənlərin sayı 106 mini ötdü

Rusiyada son sutka ərzində daha 8164 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 718 854 nəfərə çatıb.

Son sutka ərzində 379 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 106 307 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir./apa

Xəbər lenti