Xəzər Xəbər

Tramp prezidentlik dövründə sərvət itirib - 300 pillə geri düşdü

Dünya | 15:02 • 7 Aprel 2021
Tramp prezidentlik dövründə sərvət itirib - 300 pillə geri düşdü
ABŞ-ın sabiq prezidenti Donald Tramp milyarderlər siyahısında geriləyib.
 
4 illik prezidentlik dövründə 1 milyard dollardan çox itkisi olan Tramp 300 pillə geri düşüb.
 
"Forbes” jurnalının məlumatına görə, ötən il milyarderlər arasında 1001-ci yerdə olan sabiq ölkə başçısı təxminən 2,4 milyard dollarlıq sərvəti ilə bu il 1299-cu yerdə qərarlaşıb.
 
Bildirilib ki, 2017-ci ildə Ağ Evin sahibi olarkən Trampın sərvəti ümumi 3,5 milyar dollar civarında idi. 
 
Qeyd edək ki, pandemiya səbəbindən Donald Trampın otel, qumarxana və bir sıra obyektləri böyük zərbə alıb./Sfera.az 

Xəbər lenti