Xəzər Xəbər

"Novavax" peyvəndi sınaqların üçüncü fazasında belə effektivlik göstərib

Dünya | 09:08 • 12 Mart 2021
"Novavax" peyvəndi sınaqların üçüncü fazasında belə effektivlik göstərib

ABŞ-ın "Novavax" şirkətinin koronavirusa qarşı istehsal etdiyi peyvənd Böyük Britaniyada keçirilən sınaqların üçüncü fazasında 96,4 faiz effektivlik göstərib.

Bu barədə "Novavax" şirkətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, COVID-19-un ilk variantının səbəb olduğu yüngül, orta və ağır xəstəliklərə qarşı şirkətin peyvəndinin yekun effektivliyi Böyük Britaniyada keçirilən sınaqların üçüncü fazasında 96,4 faiz təşkil edib.

Qeyd edilir ki, sınaqlarda 18-84 yaş arası 15 mindən artıq insan iştirak edib. Onlardan 27 faizinin yaşı 65-dən yuxarı olub. Peyvəndin koronavirusun Böyük Britaniyada aşkarlanan ştammına qarşı effektibliyi 86,3 faiz təşkil edib. 

Sınaqların aralıq mərhələsi CAR-da keçirilib. Bu sınaqlarda təxminən 3 min nəfər iştirak edib, peyvəndin "CAR ştammı"na qarşı effektivliyi 55,4 faiz olub.

Vurğulanıb ki, hər iki ölkədə peyvənd 100 faiz effektivliklə xəstəliyin ağır forması və ölüm hallarının qarşısını alıb.

Xəbər lenti