Xəzər Xəbər

Nikol Paşinyan İrəvanda yürüş keçirir

Dünya | 14:33 • 25 Fevral 2021
Nikol Paşinyan İrəvanda yürüş keçirir

Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları paytaxt İrəvanda yürüş keçirir.

Yürüşdə N. Paşinyan da iştirak edir.  

N. Paşinyan səsgücləndirici ilə çıxış edərək tərəfdarlarını və əhalini saat 16.00-da Respublika meydanına toplaşmağa çağırır.

O bildirib ki, polis meydanda keçiriləcək mitinqdə vətəndaşların təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

Xəbər lenti