Xəzər Xəbər

Ermənistan bir günə 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi

Dünya | 20:49 • 29 Oktyabr 2020
Ermənistan bir günə 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi

Ermənistan tərəfi oktyabrın 29-da – gün ərzində ikinci dəfə itkilərinin sayı ilə bağlı rəsmi açıqlama yayıb.


Bu barədə "Sputnik” Ermənistan yazıb.


Siyahıda 47 erməni əsgərinin adı yer alıb. Beləliklə, Ermənistan tərəfi oktyabrın 29-da ümumilikdə 98 hərbçisinin öldüyünü açıqlayıb.


Bununla da Ermənistan tərəfi rəsmi şəkildə Qarabağda 1166 hərbçisinin ölümünü etiraf edib.


Xatırladaq ki, oktyabrın 29-da səhər saatlarında Ermənistan daha 51 hərbçisinin öldürülüdüyünü açıqlamışdı.

Xəbər lenti