Xəzər Xəbər

Erməni hərbi ekspert: “Azərbaycan ərazi bütövlüyünü bərpa edir”

Dünya | 15:30 • 13 Oktyabr 2020
Erməni hərbi ekspert:

Erməni hərbi və milli təhlükəsizlik üzrə ekspert Hraçya Arzumanyanın dediyinə görə vəziyyət olduqca gözlənilməzdir.


XəzərXəbər Ordu.az-a istinadən xəbər verir ki, Arzumanyan IDeA Fondu tərəfindən təşkil edilən müzakirə zamanı Rusiya və Azərbaycan Xarici İşlər Nazirləri ilə birlikdə 11 saata yaxın davam edən danışıqlardan sonra humanitar atəşkəs razılaşmasından danışarkən deyib.


O qeyd edib ki, bu, tərəflərin dayanması, müəyyən məsələləri həll etməsi üçün sadəcə bir fasilədir, yaranmış vəziyyət bütün güc mərkəzləri üçün olduqca gözlənilməz oldu.


Xarici İşlər Nazirliklərinin danışıqlarından sonra qəbul edilən sənəddə deyilir: "Atəşkəsin spesifik parametrləri əlavə şəkildə razılaşdırılacaq”. Bu nə demək olduğu ilə bağlı suala toxunarkən Arzumanyan belə deyib: "Hər hansı razılığın əldə edildiyini zənn etməyi düşünmürəm. Bu sadəcə humanitar atəşkəsdir. Bu, həm də Ermənistan tərəfinin 2016-cı il atəşkəsindən bəri son 30 ildə nə etdiklərimizi düşünməmiz üçün vaxtdır. Demək, bizdə nəyisə düz etmirik ki, hər zaman eyni çuxura düşürük”.


Arzumanyan substantiv, əsaslı danışıqların nə demək olduğu sualına aydınlıq gətirərkən deyib: "Bu, istədiyiniz kimi yozula bilən bir sifətdir. İndi bu sözü şərh etməyə çalışmaq hələ kifayət qədər tezdir. Erməni tərəfi substantiv danışıqlar deməklə bir şeyi başa düşəcək, digər tərəf – başqa, güc mərkəzləri – başqa bir şey anlayacaq. Strateji problemlərimizi necə həll edəcəyimizi, ermənilərin qlobal bir təzahür olaraq son günlərdə başımıza gələnlərə necə reaksiya verəcəyini anlamalıyıq”.


Erməni ekspertin fikrincə, bu, Azərbaycanın lokal problemləri həll etdiyi yerli müharibədir: "O, ərazi bütövlüyünü bərpa edir”.

Xəbər lenti