Ermənistanda daha 374 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 48 251-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 945-ə çatıb. İndiyədək 43 266 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 3 748 aktiv koronavirus xəstəsi var.
Qeyd edək ki, ötən gün qeydə alınmış yoluxma hallarının sayı 210 idi./report